Ermənistan üçtərəfli görüşlərdən imtina edir. Azərbaycan qalib ölkə olmasına baxmayaraq, sülhdə maraqlı tərəfdir.
Bizim.Media xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, lakin hələ də bizim hansısa güc yolu ilə nəyisə etmək istədiyimiz iddia olunur. Biz bu cür qərəzli mövqeyi münaqişənin birinci günündən görürük.
"Amerika Birləşmiş Ştatları Ermənistanla Azərbaycan arasında müəyyən görüşlər təşkil etmişdi. Amma o platforma deyildi, sadəcə görüşlər idi. Görüşlərin Brüssel və Moskva formatı mövcuddur. Ola bilsin bu format yenidən bərpa olunsun. Fransanın görüşlərdə dördüncü tərəf kimi iştirakı isə Azərbaycan tərəfindən rədd edilib", - deyə Fərid Şəfiyev vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:03 / 28.12.2022
Fərid Şəfiyev: Azərbaycan qalib ölkə olmasına baxmayaraq, sülhdə maraqlı tərəfdir
Hazırda oxunan: Fərid Şəfiyev: Azərbaycan qalib ölkə olmasına baxmayaraq, sülhdə maraqlı tərəfdir
Hazırda oxunan: Fərid Şəfiyev: Azərbaycan qalib ölkə olmasına baxmayaraq, sülhdə maraqlı tərəfdir
112085
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.