İtaliyanın Baş naziri Zelenskini Romaya dəvət etdi

İtaliyanın Baş naziri Zelenskini Romaya dəvət etdi

Hazırda oxunan: İtaliyanın Baş naziri Zelenskini Romaya dəvət etdi

112033

İtaliyanın Baş naziri Ciorcia Meloni Volodimir Zelenskini Romaya dəvət edib və Kiyevə getmək niyyətini bildirib.

Bizim.Media xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, Ciorcia Meloni ilə Volodimir Zelenski arasında telefon danışığı olub. 

C.Meloni siyasi, hərbi, iqtisadi, humanitar məsələlərdə və Ukraynanın yenidən qurulmasında İtaliya hökumətinin rəsmi Kiyevə tam dəstəyini təkrarlayıb. 

Bildirib ki, İtaliya Ukrayna xalqı üçün ədalətli sülhə nail olmaq üçün bütün faydalı səylərə maksimum sadiqdir.

Volodimir Zelenski isə tviter səhifəsində İtaliyanın Ukraynaya əlavə 10 milyon avroluq yardımına görə C.Meloniyə təşəkkür etdiyini, hava hücumundan müdafiə sistemləri və sülh formulu ilə bağlı müzakirələr apardıqlarını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO