Azərbaycan və Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə birgə fəaliyyət planını müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatında bildirilib.
Məlumata görə, bu gün Qazaxıstanın paytaxtı Astanada səhmdar cəmiyyətinin və "Qazaxıstan Dəmir Yolu" SC-nin nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivləri, xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə birgə fəaliyyət planı müzakirə olunub.
O cümlədən, Çin və Qazaxıstandan göndərilən yüklərin Azərbaycan üzərindən daşınması şərtləri, müvafiq marşrutun rəqabətə davamlılığı və əlavə yük həcmlərinin cəlb olunması barədə geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan üzərindən keçən marşrutların cəlbediciliyinin artırılması məqsədilə aparılan kompleks tədbirlər barəsində qarşı tərəfə ətraflı məlumat verilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:47 / 27.12.2022
Qazaxıstanla Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə birgə fəaliyyət MÜZAKİRƏ EDİLDİ - FOTO
Hazırda oxunan: Qazaxıstanla Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə birgə fəaliyyət MÜZAKİRƏ EDİLDİ - FOTO
Hazırda oxunan: Qazaxıstanla Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə birgə fəaliyyət MÜZAKİRƏ EDİLDİ - FOTO
111979
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.