Qafqaz Müsəlmanları İdarəsinin Həcc Ziyarəti şöbəsi hazırda nə ümrə, nə də ki, məkkəyə ziyarət təşkil etmir.
Bu fikirləri Bizim.Media-ya ilhahiyyatçı alim Şahin Həsənov söyləyib.
O bildirib ki, son bir il ərzində heç bir ziyarət təşkil olunmayıb:
“Həcc ziyarəti keçirilərsə protokol hazırlanmalıdır. Porotokala uyğun olaraq ziyarət həyata keçirilə bilər.
Təkliflər konkretləşdirilərsə, bizim müvafiq qurumlarla razılaşdırılarsa, bu halda Azərbaycanda həcc ziyarətinin təşkili müzakirə oluna bilər.
Hazırda elə bir söhbət yoxdur, yaxın bir ay ərzində hər hansı ziyarət söhbəti də ola bilməz çünki, Səudiyyə Ərəbistana marta qədər getmək mümkün deyil. Azərbaycanda heç ümrə ziyarəti də keçirilməyib.
MÖVZU İLƏ BAĞLI:
“Qarabağda olan məscidlərə axundlar təyin edilib” - Hacı Şahin
Builki ziyarət iyul ayına təsədüf edir. Müxtəlif ölkələrdən az sayda insan ümrə ziyarətinə gedirlər. Hazırki şərtlərlə o ziyarətə də getmək uyğun deyil.
Çünki şəhərə çatdıqdan sonra karantin rejimi tətbiq edilir İnsanlar indiki şəraitdə ziyarətə fərdi qaydada hansısa üsulla gedirlər, o məsələlərə də bizə aid deyildir”.
Gülşanə Mustafayeva, Bizim.Media