Rusiya MANATI öz ticarətinə daxil etmək fikrindədir – Azərbaycan nə qazanacaq? 

Rusiya MANATI öz ticarətinə daxil etmək fikrindədir – Azərbaycan nə qazanacaq? 

Hazırda oxunan: Rusiya MANATI öz ticarətinə daxil etmək fikrindədir – Azərbaycan nə qazanacaq? 

111963

Moskva birjası 2023-cü ildə Azərbaycan manatı ilə ticarətə başlamağı araşdırır.

Bizim.Media-a məsələni şərh edən iqtisadçı Akif Nəsirli bildirir ki, Rusiya bu strategiyanı 2022-ci ilin əvvəlindən götürüb.

“Rusiyanın Orta Asiya ölkələri, Ərəb ölkələri, Afrika ölkələrinin valyutalarının cütləşdirilməsi, bir-biri ilə qarşılaşdırılması və onların kursunun müəyyən edilməsi istiqamətində işlər gedir. Gələn ildə bu istqamətdə fəaliyyəti genişləndirmək fikrindədirlər.
O cümlədən, Azərbaycan manatı ilə rus rublunun birbaşa aralıq valyuta götürmədən birjada ticarət edilməsi planlaşdırılıb və bu barədə açıqlama verilib”.

Ekspertin fikrincə, gələcək iqtisadi sövdələşmələrin potensial iki hədəfi ola bilər:

“Rusiya və onun tərəfdaşlarının iqtisadi maraq dairələrinin olduğu arenada dolları uzaqlaşdırmaq, kənar saxlamaq prioritet məsələdir. Dollara müraciət etmədən birbaşa rus rublu ilə ticarət əsas məqsədlərdən biridir.

İkinci hədəf Rusiyanın öz tərəfdaşlarını ətrafında daha sıx birləşdirməkdir. ABŞ, İngiltərənin belə bir vaxtda Rusiyanı dünyada təcrid eləmək siyasətinə qarşı Rusiya özünümüdafiə üçün əməkdaşları ilə daha yaxın olmaq istəyir.

Diqqət etsəniz, bunlara Özbəkistan, Tacikistan, Qırğızıstan, Misir və bənzəri, ikinci dərəcəli, Avropa, ABŞ ilə daha az əlaqəli olan ölkələri misal çəkmək olar”.
Rusiyanın bu planı çərçivəsində Azərbaycanı nə gözləyir?

İqtisadçının fikrincə, Azərbaycanın da məsələdə müəyyən maraqları var:

“Azərbaycan Rusiya və onun tərədaşlarının olduğu arenada manatı eskave etmək istəyir. Eskave sərbəst dönərli valyuta hesab edilir. Bu Azərbaycan manatının ticarətdə sərbəst dövriyyəsi üçün atılacaq ən mühim addımlardan biri ola bilər”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO