İrana gedən Şəbnəm OD PÜSKÜRDÜ: “Çoxlarının gözü niyə çıxdı, bilirəm”

İrana gedən Şəbnəm OD PÜSKÜRDÜ: “Çoxlarının gözü niyə çıxdı, bilirəm”

Hazırda oxunan: İrana gedən Şəbnəm OD PÜSKÜRDÜ: “Çoxlarının gözü niyə çıxdı, bilirəm”

111952

Xəbər verdiyimiz kimi, müğənni Şəbnəm Tovuzlu etirazların mərkəzi olan İranın Qum şəhərinə yollanaraq İmam Rzanın və xanım Məsumənin məqbərəsini ziyarət edib. Onun bu addımı isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.  

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı sənətçi sosial şəbəkə hesabında açıqlama yayıb. 

Şəbnəm başıbağlı şəkildə məsciddə çəkdiyi selfisini izləyiciləri ilə bölüşərək, bu sözləri yazıb: 

“Bəzi sözbazlar, açın qulağınızı, yaxşı eşidin. Görürəm ki, mənim Məşhəd ziyarətim Təbrizdə yaşayan bəzi ağıldan kam olanları çox narahat edib. Mən sənətçiyəm və qəlbimdə arzularım olub ki, ziyarət edim buranı. Yaxşı da etmişəm. Xalqımı, dövlətimi sevən bir xanımam. Tehranda məni sevən izləyicilərim var. Danışığınızı və yerinizi bilin. Çoxlarının gözü niyə çıxdı, bilirəm. Bu, bir günlük ziyarətdir. Qadın da ziyarət zamanı başını örtər. Nə xoş mənə ki, Allahım qismət etdi mənə bu ziyarətləri. Siz isə hələ çox danışacaqsınız”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO