BİZİM TƏQVİM: Paris Sülh konfransına nümayəndə heyəti seçildi və səfər hazırlıqları başladı

BİZİM TƏQVİM: Paris Sülh konfransına nümayəndə heyəti seçildi və səfər hazırlıqları başladı

Hazırda oxunan: BİZİM TƏQVİM: Paris Sülh konfransına nümayəndə heyəti seçildi və səfər hazırlıqları başladı

111951

1918-ci il dekabrın 28-də Fətəli xan Xoyskinin rəhbərlik etdiyi 3-cü hökumət kabinetinin təşkili başa çatdı. Elə həmin gün Avropaya - Paris Sülh konfransına nümayəndə heyəti seçildi.

Heyətə paralmentin sədri Əlimərdan bəy Toçubaşov rəhbər təyin olundu. Nümayəndə heyətinə Paris Sülh Konfransında Azərbaycan Cümhuriyyətinin de-fakto tanınmasına nail olmaq, Azərbaycanın milli mənafeyi və süverenliyini qorumaq səlahiyyətləri verilmişdi.
Bəs 28 dekabrda daha hansı hadisələr baş verib?

1. 1065-ci ilin bu günü İngiltərə kralı Eduard tərəfindən paytaxt Londonda Vestminster iqamətgahının (Westminster Abbey) əsası qoyulub. Bu bina sonralar ingilis monarxlarının tacqoyma mərasimlərinin keçirildiyi yerə çevrilib.  Hazırda ən gözəl memarlıq abidələrindən biri olan Vestminster abbatlığı 100 illərdir Britaniya hökmdarlarının iqamətgahı olub.

2. 28 dekabr 1612-ci ildə İtaliya alimi Qalileo Qaliley Neptun planetini kəşf etdi, ancaq onu ulduz deyə tanıtdı.   

3. 1869-cu ildə Amerikalı Uilyam Sempi saqqızı patentləşdirib. 

4. 1878-ci il dekabrın 28-də İngiltərənin Dandi şəhəri yaxınlarında bir dəmiryolu körpüsü qatar keçidi zamanı çökdü, 75 adam boğularaq həyatını itirdi.

5. Lümer qardaşlarının çəkdiyi "Qatarın La Ciotat stansiyasına gəlişi”, “Körpənin savaşı” və “Nalbənd" filmləri 1895-ci ilin bu günü Parisdə ilk dəfə tamaşaçılara təqdim edildi. Bundan sonra 28 dekabr Ümumdünya Kino Günü olaraq qeyd edilməyə başlandı.   

6. İnsan haqqları müdafiəçisi və yazıçı Aleksandr Soljenitsin sovet həbsxanalarından bəhs edən "Qulaq arxipelaqı" adlı əsərini 1973-cü il 28 dekabr tarixində yayınladı. 

7. 1989-cu ilin 28 dekabrında Cəlilabadda Sovet hakimiyyətinə qarşı kütləvi iğtişaşlar başlayıb. İğtişaşlarda 150 nəfər xəsarət alıb.

8. 28 dekabr 1991-ci ildə Xankəndi şəhəri və ətraf əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.  Əslində Azərbaycanın Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Xankəndinin əhalisinə qarşı etnik təmizləmə 1989-cu ildən başlanıb.

Erməni silahlı quldurları bu şəhərdə yaşayıb-işləyən azərbaycanlıları təqib edib, zorla ev-eşiyindən qovub.

1991-ci il dekabrın 26-dan 28-dək isə etnik təmizləmə və işğal xüsusi amansızlıqla həyata keçirilib, həmin vaxtdan Xankəndi tamamilə separatçıların və Ermənistandan gəlmiş silahlıların əlinə keçib. Bu, Kərkicahan qəsəbəsinin işğalı ilə başlanılıb. 
9. Xankəndinin işğalı nəticəsində 34 nəfər şəhid olub, 150 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Şəhid olanlardan 3-ü qadın, 2-si isə azyaşlı uşaq olub. İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb.

10.  1999-cu ilin bu günündə Dövlət Neft Fondu təsis olunub.

28 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. Azərbaycanın dünya şöhrətli müğənnisi Zeynəb Xanlarova məhz 1936-cı ilin bu günündə anadan olub. Bəstəkar və xalq mahnılarının gözəl ifaçısı olan Zeynəb xanım həm də böyük opera müğənnisi idi. Onun yaratdığı Leyli obrazı bu gün də təqdir edilir.

2. "Hörümçək adam", "Hulk" və "X adam” (X Men) kimi fantastik romanlarıyla tanınan amerikalı (ABŞ) yazıçı Sten Li (Stan Lee) 1922-ci ilin bu günü anadan olub. (1922 - 2018)

3. Azərbaycanın Xalq artisti Mustafa Mərdanov 1988-ci ilin 28 dekabrında dünyasını dəyişib. O teatr və kinoda sonsuz sayda gözəl obrazlar yaradıb.

4. 28 dekabr 1925-ci ildə tanınmış rus şairi Sergey Yesenin dünyasını dəyişib. Yesenin bütün zamanların ən yaxşı sevgi şeyirlərinin müəlliflərindən biri kimi xatırlanır.

5. 28 dekabr 1991-ci ildə Bakının “Mayak” radiosunun əməkdaşı Leonid Lazareviç Azərbaycanın DQMV-nin Kərkicahan kəndində reportaj hazırlayarkən erməni gülləsinə tuş gəlib və dünyasını dəyişib.  (1967 - 1991)

6. 2004-cü ilin 28 dekabrında, "Ölüm tuneli", "Vulkan sevgilim" başda olmaqla, bir çox məşhur əsərin müəllifi, amerikalı (ABŞ) yazıçı Süzen Sontaq (Susan Sontag) 68 yaşında həyatdan köçüb. (1933 - 2004)

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO