Hərbi xidmətə çağırılanlardan COVID-19 testi götürülür

Hərbi xidmətə çağırılanlardan COVID-19 testi götürülür

Hazırda oxunan: Hərbi xidmətə çağırılanlardan COVID-19 testi götürülür

1119

Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi məqsədilə yaradılmış işçi qrupu Bakı şəhərinin 87 tibb müəssisəsini əhatə edən 39 sahə məntəqəsində monitorinq keçirib.

İşçi qrupunun üzvü Nailə Daşdəmirova Bizim.Media-ya bildirib ki, hazırda Azərbaycanda COVID-19 virusuna yoluxanların sayının artması ilə əlaqədar sahə tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışır.

Məntəqələr həftənin 6 günü saat 08:00-dan saat 20:00-dək fəaliyyət göstərir. İş yükünün artması səbəbindən məntəqələrə əlavə tibb işçiləri cəlb olunub: “Sahə məntəqələrinin tibbi heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhərində 11 rayon üzrə idarələrinə ezam olunub. Sahə tibb məntəqələrinin işçiləri ora səfərbərlik üzrə hərbi xidmətə çağırılan vətəndaşlarımızdan hərbi xidmətə yollanmazdan əvvəl koronavirus testini götürmək üçün göndərilib. Götürülən testlərin nəticələri bir necə saat ərzində əldə olunur, nəticədən asılı olaraq müvafiq tədbirlər görülür”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO