“Azərbaycanda yaşayan ruslar Qarabağ məsələsi üzrə üçtərəfli Bəyanatın imzalanmasında Rusiyanın iştirakını xüsusi vurğulayırlar. Həm də başa düşürlər ki, biz qonşular dost olmalıyıq və bundan sonra da birgə inkişaf etməliyik”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının sabiq deputatı, “Yedinaya Rossiya” siyasi fraksiyasının üzvü, Olimpiya Oyunlarının ikiqat mükafatçısı, dünya və Avropa çempionatı mükafatçısı, su polosu üzrə Rusiyanın Əməkdar idman ustası İrek Zinnurov “Realnoye vremya” internet-nəşrinə müsahibəsində söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Kadırov Zabit Səmədova qonaqlıq verdi – VİDEO
Onun sözlərinə görə, mətbuatda ab-hava kifayət qədər xoşniyyətlidir, diqqət ona cəmlənir ki, bizim dövlətlərin liderləri arasında çox yaxşı münasibət mövcuddur:
“Buna görə də mənim vəzifəm bu münasibətləri bütün istiqamətlərdə inkişaf etdirməkdən ibarətdir”.
Bu yaxınlarda “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin - Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri təyin edilmiş siyasətçi Bakıda çoxlu dostunun olduğunu deyib:
“Onların hamısı qonaq çağırmağa, kömək etməyə, dəstəkləməyə, plova dəvət etməyə hazırdırlar. Bu baxımdan, orada olmaq mənə çox rahatdır, tanıdığım hər kəs (hətta tanımadıqlarım belə) dərhal münasibətlərini bildirdilər. Onların hamısı hər an köməyə gəlməyə hazır idilər. Bu, çox ürəkaçandır”.
Bizim.Media