“Laçın yolundakı aksiya nəticə alınana qədər davam edəcək” – Hakan Aktürk

“Laçın yolundakı aksiya nəticə alınana qədər davam edəcək” – Hakan Aktürk

Hazırda oxunan: “Laçın yolundakı aksiya nəticə alınana qədər davam edəcək” – Hakan Aktürk

111718

“Azərbaycanlı fəallar və qeyri-hökumət təşkilatları (QHT) üzvləri Laçın-Xankəndi yolunun Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində “Ekoloji terrora son” şüarı ilə aksiya keçirirlər. Öncə bildirmək istəyirəm ki, Laçın-Xankəndi yolunda keçirilən aksiyalar dinc xarakter daşıyır və heç bir gərginlik yaratmır. Azərbaycanlı qardaşlarımızın etiraz aksiyaları təşkil etmələrinin əsas səbəbi sülhməramlıların müvəqqəti məsuliyyət zonasında ekoloji terrora son qoymaq və sərvətlərin talanmasına “dur” deməkdir”. 

Bu fikirləri Şuşa-Xankəndi yolunda təşkil edilən aksiyaların 15-ci gününü şərh edərkən, türkiyəli politoloq Hakan Aktürk bildirib.

Azərbaycanın haqlı mübarizəsində Türkiyənin rəsmi və qeyri-rəsmi şəkildə dəstəklədiyini deyən Aktürk, proseslərin nəticə əldə edilənə qədər davam edəcəyini qeyd edib. 

“Məsələ burasındadır ki, Ermənistanın Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qardaş ölkəmizə qarşı ekoloji terror törədilib, bir çox faydalı qazıntı yataqları qanunsuz istismar edilib.
 

44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad edilən torpaqlarda uzun illər qeyri-qanuni istismar və talan edilən bir çox sahələrdə ekoloji vəziyyət nəzarət altına alınsa da, Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında qeyri-qanuni əməliyyat davam edir.


Bakının ölkə torpaqlarının istismarına icazə verməyəcəyi aydındır. Əgər ilin sonuna kimi Ermənistan silahlı qüvvələrinin terror təxribatları, qanunsuz fəaliyyətləri bitməsə, Bakı daha ciddi addımlar ata bilər. Söhbət “Çıx” əməliyyatının həyata keçirilməsindən və ya bu ilin martında keçirilən Fərrux əməliyyatına bənzər növbəti prosesdən gedir. Laçın yolunu azərbaycanlı etirazçılar deyil, Rusiya sülhməramlıları bağlayıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışırlar”, - deyə H.Aktürk əlavə edib. 

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO