Prezidentdən ev hədiyyəsi alan Aygün:

Prezidentdən ev hədiyyəsi alan Aygün: "Məni bəladan xilas etdiniz" - VİDEO

Hazırda oxunan: Prezidentdən ev hədiyyəsi alan Aygün: "Məni bəladan xilas etdiniz" - VİDEO

111617

"Salam, əziz xalqımız, dünənki sevincimi video vasitəsilə sizinlə paylaşmaq istədim".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər sosial şəbəkə hesabında yayımladığı videoaçıqlamada deyib.

Prezident İlham Əliyev tərəfindən yeni evlə təmin olunan sənətçi görüntülərdə minnətdarlıq hissini bu sözlərlə dilə gətirib.

"Göydə Allah, yerdə sizin dualarınız məni sağlamlığıma qovuşdurdu. Hörmətli Prezidentimiz, Birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondu sizə də sonsuz minnətdaram, çox sağ olun. Qarşınızda baş əyirəm, məni böyük bəladan xilas etdiniz. Böyük bir sıxıntıdan məni qurtardınız", - deyə Aygün bildirib.

Qeyd edək ki, Aygün Bəylər bir neçə il əvvəl solo konsertini təşkil etmək üçün evini girov qoyub. Lakin konsert “Günəşli” yatağında baş verən dəhşətli faciə ilə üst-üstə düşdüyü səbəbi ilə təxirə salınıb.Belə olan halda sənətçi həmin məbləği itirib. Əməkdar artist ev probleminin həlli səbəbi ilə Heydər Əliyev Fonduna müraciət edib. Əməkdar artistin bu müraciəti fond tərəfindən müsbət qarşılanıb.  

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO