Eldar Məmmədov Avropa Parlamentində korrupsiya qalmaqalında günahlandırılır - FAKTLAR

Eldar Məmmədov Avropa Parlamentində korrupsiya qalmaqalında günahlandırılır - FAKTLAR

Hazırda oxunan: Eldar Məmmədov Avropa Parlamentində korrupsiya qalmaqalında günahlandırılır - FAKTLAR

111547

Avropa Parlamentində (AP) Sosial Demokratlar Qrupu Latviyadan olan siyasi müşavir Eldar Məmmədovu vəzifəsindən kənarlaşdırıb.

Bizim.Media Fransanın “Le Point” nəşrinə istinadən xəbər verir ki, o, ciddi qanun pozuntularında şübhəli bilinir.

Məmmədov 2009-cu ildən Avropa Parlamentində vəzifə tutur. Bütün bu müddətdə bir qrup sosial-demokrata İran, İraq və ərəb regionunun digər ölkələri ilə bağlı məsələlərdə məsləhətlər verib. Məmmədovun əməlləri ilə bağlı Belçika polisinə də məlumat verilib.
Fransa nəşri yazır ki, Eldar Məmmədovun vəzifədən uzaqlaşdırılması Mərakeş və Qətərlə bağlı korrupsiya qalmaqalı ilə əlaqələndirilir.

Qəzetin yazdığına görə, Məmmədov sosial demokratları Qətərə qarşı daha yumşaq olmağa çağırıb. Bundan əlavə, o, Rusiyanı terrorun şəriki adlandıran qətnaməyə qarşı çıxıb və İran rejimi ilə bağlı da qeyri-müəyyən mövqe tutub.

Avropa Parlamentinin sosialist qrupun rəsmi bəyanatında deyilir ki, onlar həm öz müşavirinin işdən çıxarılmasını, həm də Belçika polisi tərəfindən aparılan istintaqı tam dəstəkləyirlər.

Hazırda araşdırma aparıldığı üçün AP-dəki Sosial Demokratiya Qrupunun Ünsiyyət Departamentinin rəhbəri Uta Tutiliesa “Latvijas Radio”ya işdən çıxarılan əməkdaşın adını açıq şəkildə təsdiqləyə bilməyib.

Bir vaxtlar Eldar Məmmədov Xarici İşlər Nazirliyində, eləcə də Latviya, ABŞ və İspaniya səfirliklərində çalışıb.

Daha əvvəl xəbər verildiyi kimi, dekabrın 9-da Belçika polisi Brüsseldə Avropa Parlamentinin vitse-prezidenti vəzifəsini tutan yunan deputat Eva Kayli saxlayıb. Saxlanma dünya çempionatına ev sahibliyi edən Qətərin mümkün korrupsiya ilə bağlı araşdırması çərçivəsində baş tutub. Ümumilikdə Brüsseldə bu iş üzrə 5 nəfər saxlanılıb.

Avropa Parlamentində işləyən şəriki Eva Kaili ilə yanaşı, italiyalı siyasətçi, həmkarlar ittifaqı assosiasiyasının nümayəndəsi və QHT əməkdaşı da saxlanılıb. Polis axtarış zamanı kompüter, cib telefonu və 600 min avro ələ keçirib.
Qeyd edək ki, Eldar Məmmədovun ailəsi Azərbaycanın Lənkəran şəhərindəndir. Pasportunda soyadı Məmmədovs yazılan bu şəxs 1972-ci il dekabrın 13-də Latviyanın paytaxtı Riqada anadan olub.

Orada təhsil alıb, Latviyanın bank sektorunda işləyib, “Parex Bank”ın Azərbaycandakı ofisini idarə etməyi bacarıb. O, Latviya Xarici İşlər Nazirliyində və bu ölkənin İspaniya və ABŞ-dakı səfirliyində çalışıb.

Məmmədovun diplomatik karyerası 2007-ci ildə Brüsseldə sonrakı iş üçün tramplin olub və o, Avropa Parlamentinin Sosial Demokratlar qrupunun siyasi məsləhətçisi vəzifəsində çalışıb.

Məmmədov uzun illər sosial şəbəkələrdə sistemli şəkildə məqalələr və yazılar yazıb. Diqqəti Qərbdə Azərbaycanı gözdən salmaq məqsədinə yönəldib.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO