“NTD

“NTD" basketbolçuları turnir cədvəlinin ilk pilləsinə şərik oldular - FOTO

Hazırda oxunan: “NTD" basketbolçuları turnir cədvəlinin ilk pilləsinə şərik oldular - FOTO

111545

24 dekabr tarixində "Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının 11-ci turu çərçivəsində daha iki oyun baş tutub.

Bizim.Media xəbər verir ki, günün ilk görüşü "AAAF Xırdalan BK" və "NTD BK" komandaları arasında keçirilib.

Oyuna sürətli başlayan paytaxt basketbolçuları rəqibi üzərində 108-80 hesablı qələbəyə seviniblər. Ən məhsuldar basketbolçular:  "AAAF Xırdalan BK" ( Devin Pullum - 17 xal, 7 asist), "NTD BK" ( Londell King - 37 xal, 20 ribaund ).

Günün son oyununda "Sərhədçi PİK" və "Zirvə Astara BK" basketbolçuları üz-üzə gəliblər.

Sərhədçilər oyuna fəal başlayaraq, yekunda rəqibi üzərində 94-84 hesablı qələbə qazanıblar. Ən məhsuldar basketbolçular: "Sərhdəçi PİK" ( Endar Poladxanlı- 33 xal, 9 ribaund ), "Zirvə Astara BK" (Ruşhard Kruikşenk - 37 xal, 7 ribaund).
Qeyd edək ki, turun bağlanış oyunu 25 dekabr saat 15:00 tarixində, Şəki Olimpiya İdman Kompleksində "Olimpik Şəki BK" və "Neftçi İK"  komandaları arasında keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO