Şahin Mustafayev Özbəkistanın Baş nazirinin müavini ilə görüşdü - FOTO

Şahin Mustafayev Özbəkistanın Baş nazirinin müavini ilə görüşdü - FOTO

Hazırda oxunan: Şahin Mustafayev Özbəkistanın Baş nazirinin müavini ilə görüşdü - FOTO

111461

Baş nazirin müavini Şahin Mustafayev dekabrın 24-də Özbəkistan Respublikası Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri, Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Cəmşid Xocayev ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin dostluq və ortaq mənəvi dəyərlər üzərində qurulduğu bildirilib, iki ölkənin müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Moskvada üçtərəfli görüş - Şahin Mustafayev iclasda iştirak edib


Azərbaycanla Özbəkistan arasında ali siyasi dialoqun və sıx təmasların mövcud olduğu məmnunluqla vurğulanıb. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin iyun ayında Özbəkistana baş tutmuş dövlət səfərinin əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycan-Özbəkistan əməkdaşlığının müxtəlif istiqamətlərdə perspektivlərinə dair müzakirələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO