Özbəkistan Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

Özbəkistan Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

Hazırda oxunan: Özbəkistan Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

111452

Dekabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentin Mətbuat Xidməti yayıb.

Şavkat Mirziyoyev dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, xalqımızın rifahı naminə fəaliyyətində ona uğurlar, möhkəm cansağlığı arzulayıb. 

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Özbəkistan Prezidentinə minnətdarlığını bildirib. 

Telefon söhbəti zamanı ikitərəfli dostluq və qardaşlıq münasibətlərimizin bu il də uğurla inkişaf etdiyi vurğulanıb, yüksək səviyyəli qarşılıqlı səfərlərin, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Özbəkistana bu il ərzində 3 səfərinin əlaqələrimizin möhkəmlənməsində rolu xüsusi qeyd edilib, görüşlər zamanı əldə olunmuş razılıqların həyata keçirilməsindən məmnunluq bildirilib, əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO