Gürcüstanın paytaxtı Tiflis şəhərinin mərkəzində insanlar koronavirus səbəbindən məhdudlaşdırıcı tədbirlərə qarşı yürüş keçirib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.
Mənbə yazır ki, restoran biznesində çalışanlar, turizm agentliklərinin nümayəndələri, kinoteatr və teatrların işçiləri komendant saatını pozaraq səlahiyyətlilərdən təcili olaraq bütün qadağaları ləğv etmələrini tələb ediblər.
Xatırladaq ki, ötən həftə sakinlər hökumət binası qarşısında koronavirus pandemiyası səbəbindən qadağalara qarşı aksiya keçirib.
Yüzlərlə insanın toplaşdığı aksiya “Sputnik Georgia” nəşrində canlı yayımlanıb.
Bizim.Media