Ana olacaq azərbaycanlı aktrisa: “Bu günlərdə körpəmi dünyaya gətirəcəyəm” - VİDEO

Ana olacaq azərbaycanlı aktrisa: “Bu günlərdə körpəmi dünyaya gətirəcəyəm” - VİDEO

Hazırda oxunan: Ana olacaq azərbaycanlı aktrisa: “Bu günlərdə körpəmi dünyaya gətirəcəyəm” - VİDEO

111378

“Bu günlərdə çox həyəcanlıyam. Bəzən olur ki, çox yemək istəyirəm. İbrahim sual verir ki, bu qədər yemək mədəni narahat etməz? Cavab verirəm ki, mən istəmirəm. O, (bətnindəki körpəni nəzərdə tutur - red.) diktə edir. Bu müddəti (hamiləlik dövrünü nəzərdə tutur – red.) məndən çox İbrahim yaşadı. O həddən artıq qayğıkeşdir. Həttə bəzən deyirəm ki, rahat ol, hər şey yaxşıdır. İbrahim bilmir ki, məni hara qoysun ki, təki yerim rahat olsun. Çox həssasdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri bir neçə gündən sonra dünyaya qız övladı gətirəcək aktrisa Aydan Axundzadə qonaq olduğu “Zaurla Günaydın” səhər şousunda deyib.

Ailəlikcə, qayınatası Əməkdar artist Çingiz Əhməd, vəkil qayınanası Mehriban xanım və həmkarı, həyat yoldaşı İbrahim Çingizlə sözügedən verilişdə qonaq olan aktrisa hamiləliyindən söz açıb: 
“Sizin verilişinizə ən son gələndə 55 kiloqram çəkim vardı. İndi isə 72 kiloqramam. Çəkimin artımasına görə narahat deyiləm. Əsas bətnimdəki körpəm üçün rahat olsun. Bu çəkidə heç zaman olmadığıma görə, bir az özümü ağır hiss edirəm. Bu günlərdə körpəmi dünyaya gətirəcəyəm. Hazırlıqlı gəlmişəm verilişinizə. Avtomobil də aşağıda bizi gözləyir (gülür – red.)”. 

Qeyd edək ki, İbrahim Əməkdar artist Çingiz Əhmədovun oğludur. Həmkarı Aydan Axundzadə ilə evli olan İbrahim bir neçə aydan sonra qız atası olacaq. Aktyor Səməd Vurğun adına Akademik Rus Dram Teatrında çalışır. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO