Hindistanın Himalay dağ silsiləsindəki Uttarakhand əyalətində buzlaqlar əriyib. Nəticədə 150-dən çox insan itkin düşüb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı NDTV telekanalı yayıb.
Nəhəng buz kütlələri Alaknanda və Dhauliganga çayları ilə sürüşərək dağlıq ərazilərdə daşqına səbəb olub.
Zərərin qarşısını almaq üçün Srinagar, Rişikeş və Haridvar şəhərlərində yerləşən su elektrik stansiyalarında təcili olaraq suyu boşaltmağa başlayıblar.
Şahidlər bu görüntüləri lentə alıblar.
Bizim.Media