Gürcüstan Prezidenti:

Gürcüstan Prezidenti: "Azərbaycan müasir, uğurlu dövlətə çevrilib"

Hazırda oxunan: Gürcüstan Prezidenti: "Azərbaycan müasir, uğurlu dövlətə çevrilib"

111251

"Sizin rəhbərliyiniz dövründə ölkənizə və xalqınıza göstərdiyiniz sədaqətli xidmət sayəsində Azərbaycan müasir, uğurlu dövlətə çevrilib".

Bizim.Media xəbər verir ki, bu, Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.

"Qafqaz uzun əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu, Şərqlə Qərbin birləşməsində böyük rol oynayan region olmuşdur.

Bu gün dünyanın çoxsaylı çağırışlarla üzləşdiyi və ciddi dəyişikliklərə məruz qaldığı bir vaxtda ölkələrimiz təkcə bizim regionda deyil, bütövlükdə dünyada sülhün və sabitliyin möhkəmlənməsində mühüm rol oynaya bilərlər. Əminəm ki, biz səylərimizi əsirgəmədən, bu nadir fürsətdən istifadə edərək strateji tərəfdaşlığımızı daha da möhkəmləndirəcək, Qafqazı əlaqə mərkəzinə və regionumuzun tarixi etnik identikliyini əks etdirən qlobal təhlükəsizlik və sabitlik məkanına çevirəcəyik", - məktubda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO