“Kimi vəzifədən çıxarırlarsa, qarajında külli miqdarda vəsait tapılır” – Sabir Rüstəmxanlı 

“Kimi vəzifədən çıxarırlarsa, qarajında külli miqdarda vəsait tapılır” – Sabir Rüstəmxanlı 

Hazırda oxunan: “Kimi vəzifədən çıxarırlarsa, qarajında külli miqdarda vəsait tapılır” – Sabir Rüstəmxanlı 

111231

“Cinayət yolu ilə əldə edilmiş əmlak məsələsi vətəndaşa aid deyil. Buna daha çox vəzifəli şəxslərin timsalında şahidlik edirik”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında milət vəkili Sabir Rüstəmxanlı səsləndirib.

“Kimi vəzifədən çıxarırlarsa, onun ya otağından, ya qarajından külli miqdarda vəsait çıxır, yaxud da xarici ölkələrdə əmlaklarının olduğu aşkarlanır.

Bunu edənlər vəzifəli şəxslərdir. Vəzifəli şəxslərin gəlirlərinin aşkarlanması ilə bağlı qanunun qəbul edilməsinin vaxtı çatıb. Dünyanın bir sıra ölkələrində bu təcrübə var. Bu tip məsələlərin qarşısının alınması üçün vəzifəli şəxslərin gəlirlərinin şəffaflaşdırılması məsələsi öz həlli tapılmalıdır”, - deyə deputat əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO