Yaxın vaxtlarda sərhədlər açılır? - Proqnozun real tərəfi - FOTO

Yaxın vaxtlarda sərhədlər açılır? - Proqnozun real tərəfi - FOTO

Hazırda oxunan: Yaxın vaxtlarda sərhədlər açılır? - Proqnozun real tərəfi - FOTO

11120

"Bütün dünyanı cənginə alan pandemiya səbəbindən digər dövlətlər kimi Azərbaycan da sərhədlərini bağlayıb.

Lakin hazırda bütün dünyada vaksinasiya prosesi getdiyi üçün böyük ehtimalla dövlət sərhədlərinin açılması, eləcə də ölkəmizdə turistlərin qəbulu və Azərbaycan vətəndaşlarının xaricə səfərləri təşkili oluna bilər".

Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq İlyas Hüseynov səsləndirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyəyə tək şəxsiyyət vəsiqəsilə gediləcək - Qanun təsdiqləndi


Politoloq bildirdi ki, artıq bəzi dövlətlər sərhədlərinin açılması ilə bağlı qərar qəbul edib:

"Qonşu Rusiyada aviareyslərin bərpası ilə bağlı qərar qəbul olunub. Bununla bağlı Azərbaycan da daxil, müəyyən dövlətlərlə prosedurlar başlayıb. Eyni zamanda dünyanın digər iri ölkələrində də oxşar prosesləri müşahidə edirik".

Politoloqun fikrincə, Covid-19-a görə müxtəlif istiqamətli səfərlərdə geriləmə baş verib. O əlavə etdi ki, bu sahədə canlanma dünya ölkələrinin iqtisadiyyatına müsbət təsir göstərəcək.

Pandemiyaya qədər Azərbaycanın turizmdə əldə etdiyi uğurlardan bəhs edən İlyas Hüseynov qeyd etdi ki, "Azərbaycana müxtəlif ölkələrdən turistlər gəlirdi.

Sərhədlərin bağlanması bizim iqtisadiyyata da mənfi təsir göstərib. Karantin qaydalarına riayət edilməklə yaxın gələcəkdə Azərbaycana da turist səfərlərinin təşkili gözlənilir.

Amma bu, heç bir halda ölkəmizdə yoluxmanın artmasına gətirib, çıxartmamalıdır. Çünki vətəndaşların təhlükəsizliyinin təminatı və sağlamlıqlarının qorunması böyük əhəmiyyət kəsb edir".

Politoloq İlyas Hüseynov sonda vurğuladı ki, vətəndaşların sağlamlığını qorumaq hazırki durumda dövlətimizin  strateji prioritetlərindəndir. Amma aviareyslərin bərpası və turist axınının təşkil olunması da Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək amillərdəndir.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO