ABŞ-dan Bakı və İrəvana ÇAĞIRIŞ

ABŞ-dan Bakı və İrəvana ÇAĞIRIŞ

Hazırda oxunan: ABŞ-dan Bakı və İrəvana ÇAĞIRIŞ

111182

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivanın Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla telefon danışığı baş tutub. 

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin yaydığı yazılı bəyanatda qeyd olunur. 

Bildirilib ki, ABŞ rəsmisi Bakı və İrəvanı gərginliyi azaltmağa, mehriban qonşuluq münasibətlərinin əsasına çevriləcək addımları nəzərdən keçirməyə çağırıb. 

Telefon danışığı zamanı tərəflər sentyabrın 27-də Vaşinqtonda keçirilən birgə görüşdən sonra Avropa İttifaqının və ABŞ-ın dəstəyi ilə sülh danışıqlarında əldə olunan irəliləyiş ətrafında müzakirələr aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO