"Azərişıq" ASC-nin sədri bu gün Şamaxıda vətəndaşları qəbul edəcək

Hazırda oxunan: "Azərişıq" ASC-nin sədri bu gün Şamaxıda vətəndaşları qəbul edəcək

111141

Bu gün saat 10:00-da "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şamaxı şəhərində Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin məlumatında bildirilib. 

Məlumata görə, qəbul Şamaxı şəhəri, Babasəlim Əzizov küçəsi 1 ünvanında yerləşən “Azərişıq” ASC-nin Şamaxı Elektrik Şəbəkəsinin inzibati binasında keçiriləcək. 

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq. 

Qəbulda iştirak etmək istəyən şəxslər Şamaxı Elektrik Şəbəkəsinə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər. 

“Azərişıq” vətəndaşların diqqətinə çatıdırır ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır. 

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO