Dekabrın 22-də Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnirdə blits yarışlarına start verilib.
Bu barədə Bizim.Media-ya turnirin mətbuat xidmətindən bildirilibş
Məlumata görə, növbəti yarış günündə 9 tur oynanılıb.
Rapid turnirinin və blits yarışlarının 9 turunun yekunlarına görə, özbəkistanlı Nodirbek Abdusattorov 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. İspaniya təmsilçisi Fransisko Valeho Pons 16,5 xalla ikinci pillədə qərarlaşıb. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov 15 xalla 3-4-cü, Rumıniya təmsilçisi Riçard Rapport, çinli Van Hao 14 xalla 5-6-cı pilləni bölüşürlər. Hesabında 12,5 xal olan ABŞ idmançısı Semuel Şenklend 7-ci yerdədir. Abdulla Qədimbəyli 10 xalla səkkizincidir. Aydın Süleymanlı və hindistanlı Qukeş Dommaracu 9 xalla 9-10-cu pillədə qərarlaşıblar.
Dekabrın 23-də memorialda daha 9 tur oynanılacaq.
Turnirin qalibi rapid və blits yarışlarının yekun nəticələrinə görə müəyyənləşəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
20:18 / 22.12.2022
"Vugar Gashimov Memorial-2022": Nodirbek Abdusattorov liderliyini davam etdirir - FOTO
Hazırda oxunan: "Vugar Gashimov Memorial-2022": Nodirbek Abdusattorov liderliyini davam etdirir - FOTO
Hazırda oxunan: "Vugar Gashimov Memorial-2022": Nodirbek Abdusattorov liderliyini davam etdirir - FOTO
111121
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.