“Qardaş Azərbaycan regionda və türk dünyasında getdikcə daha mühüm rol oynayır” – Lukaşenko

“Qardaş Azərbaycan regionda və türk dünyasında getdikcə daha mühüm rol oynayır” – Lukaşenko

Hazırda oxunan: “Qardaş Azərbaycan regionda və türk dünyasında getdikcə daha mühüm rol oynayır” – Lukaşenko

111052

“Qardaş Azərbaycan Sizin bacarıqlı və qətiyyətli rəhbərliyiniz sayəsində regionda və möhkəmlənməkdə olan türk dünyasında getdikcə daha mühüm rol oynayır”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Dağıstan, Tacikistan və Belarus liderləri İlham Əliyevi təbrik etdi


O bildirib ki, Belarusun da iştirakçısı olduğu Qoşulmama Hərəkatında uğurlu sədrlik Bakıya beynəlxalq nüfuz və dərin hörmət qazandırıb: 

“Bizim görüşlərimizi həmişə məmnunluqla xatırlayıram. Aramızda dostluq və etimad əsasında yaranmış şəxsi münasibətləri, konstruktiv ünsiyyəti və hər ikimizin sıx qarşılıqlı faydalı əməkdaşlığa can atmağımızı yüksək dəyərləndirirəm”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO