Sürücülük imtahanlarının keçirilməsi DİM-ə verilsə... – Nə baş verəcək?

Sürücülük imtahanlarının keçirilməsi DİM-ə verilsə... – Nə baş verəcək?

Hazırda oxunan: Sürücülük imtahanlarının keçirilməsi DİM-ə verilsə... – Nə baş verəcək?

111017

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə DİM tərəfindən sürücülük imtahanlarının keçirilməsinə müsbət yanaşır.

Bizim.Media xəbər verir ki, o mətbuata açıqlamasında müraciət olarsa, sürücülük imtahanlarını keçirə bilərik deyib:

"Hesab edirəm ki, biliklərin yoxlanılmasında hansısa formatda prosesə qoşula bilərik. Lakin təbii ki, real sürücülük qabiliyyətini yoxlaya bilmərik. Yeni imtahan mərkəzində bunun üçün imkanımız olacaq".
 

MÖVZU İLƏ BAĞLI:

"Sürücülük imtahanları DİM-ə verilə bilər" - Məleykə Abbaszadə AÇIQLADI


Məleykə Abbaszadənin fikirləri ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Çünki, DYP-nin keçirdiyi imtahanlarla bağlı cəmiyyətin münasibəti birmənalı deyil. Nəzərə alaq ki, DYP tərəfindən sürücülük imtahanı 2 mərhələdə keçirilir.

Birinci mərhələdə nəzəri biliklər, ikincidə isə praktik biliklər test edilir. Nəzəri biliklərin DİM tərəfindən keçirilməsi bu sahədə şəfvaflığa da şərait yaratmış olar.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən təhsil üzrə ekspert Elşən Qafarov DİM tərəfindən sürücülük imtahanlarının keçirməsinin çox məntiqli olduğunu söylədi:

“Çünki, DİM ölkədə imtahanların keçirilməsində ixtisaslaşmış bir qurumdur. Çox istərdik ki, DİM texniki orqana çevrilsin. Testləri hazırlayan deyil, imtahanı keçirən bir orqan olsun. Ümumilikdə, ağıllı və düşünülmüş bir təklifdir. Test imtahanını DİM, qabiliyyət (yezda) imtahanını isə DYP keçirsə daha yaxşı olar. Mən də bu təklifi dəstəkləyirəm”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO