Xankəndi-Laçın yolundakı aksiyada zabitimizin əsgərinə JESTİ – VİDEO 

Xankəndi-Laçın yolundakı aksiyada zabitimizin əsgərinə JESTİ – VİDEO 

Hazırda oxunan: Xankəndi-Laçın yolundakı aksiyada zabitimizin əsgərinə JESTİ – VİDEO 

111015

Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyaları zamanı zabitimizin əsgərinə jestini əks etdirən görüntüləri kameralara əks olunub.

Biziim.Media xəbər verir ki, bu barədə kadrlar sosial şəbəkələrdə yayılıb. 

Görüntülərdə etirazçıları qoruyan hərbçilərin üzərinə yağan qarı onların komandirlərinin təmizləməsi əks olunub.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən etiraz aksiyası keçirilir.
Aksiya Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Həmin görüntüləri təqdim edirik:
 


Biziim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO