Türkiyədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüşün yekun Bəyannaməsi imzalanıb.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, dekabrın 21-də Türkiyədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib.
Görüşdə hər üç ölkənin müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və üçtərəfli birgə təlimlərin keçirilməsinin vacibliyi, eləcə də regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:10 / 21.12.2022
Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında görüşün yekun Bəyannaməsi imzalandı
Hazırda oxunan: Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında görüşün yekun Bəyannaməsi imzalandı
Hazırda oxunan: Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında görüşün yekun Bəyannaməsi imzalandı
110922
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.