AZƏRTAC-ın Ukrayna müxbiri ölkənin patriarxı tərəfindən medalla TƏLTİF EDİLDİ - FOTO 

AZƏRTAC-ın Ukrayna müxbiri ölkənin patriarxı tərəfindən medalla TƏLTİF EDİLDİ - FOTO 

Hazırda oxunan: AZƏRTAC-ın Ukrayna müxbiri ölkənin patriarxı tərəfindən medalla TƏLTİF EDİLDİ - FOTO 

110921

AZƏRTAC-ın Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Emil Hüseynli ölkə Patriarxı Filaret tərəfindən medalla təltif edilib.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist özünün “Facebook” hesabında məlumat verib. 

“Kiyev və bütün Ukraynanın Patriarxı Filaret tərəfindən medalla təltif edildim. Ukraynanın güclənməsinə və inkişafına verdiyim töhfəyə görə mükafatlandırıldım.

Patriarx Filaretin öz iqamətgahında keçirilən mərasimdə, həmçinin Ukrayna Silahlı Qüvvələrinin və güc strukturlarının hərbçiləri, könüllülər və ukraynalı jurnalistlər də mükafatlandırılıb”, - deyə E.Hüseynli bildirib. 
Emil Hüseynli qeyd edib ki, “bu mükafat təkcə mənə deyil, bütövlükdə Azərbaycan dövlətinə, Azərbaycan jurnalistlərinə verilən qiymətdir!!!”.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO