MDB dövlət başçıları Sankt-Peterburqa niyə yığışır? – Görüşün DETALLARI

MDB dövlət başçıları Sankt-Peterburqa niyə yığışır? – Görüşün DETALLARI

Hazırda oxunan: MDB dövlət başçıları Sankt-Peterburqa niyə yığışır? – Görüşün DETALLARI

110881

Dekabrın 26-27-də Sankt-Peterburqda MDB dövlət başçılarının bu il üçün sonuncu görüşü olacaq. 

Qeyd edək ki, ənənəvi olaraq MDB dövlət başçıları ilin sonunda görüşürlər. Bu zaman onlar əsasən görülən işlər və qarşıdakı il üçün nəzərdə tutulan planları müzakirə edirlər. Həmçinin, bu tip görüşlər fonunda ikitərəfli görüşlər də keçirilir. Eyni zamanda, quruma üzv dövlətlər arasında mövcud olan problemlər də müzakirə predmeti olur. 

Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu qeyd edir ki, MDB dövlət başçılarının Sankt-Peterburqda olacaq görüş əsasında Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli görüş də baş tuta bilər. Ancaq bununla belə, həmsöhbətimiz bu görüşdən real nəticə gözləmir:

“İlin sonunda MDB dövlət başçıları ənənəvi olaraq növbəti il üçün quruma üzv dövlətlər arasında münasibətlərin perspektiv imkanlarını müzakirə edirlər. Görüşdə həmçinin bütün sahələr üzrə ilin yekununa qiymət verilir.
Həmin görüşdə əvvəlcədən nəzərdə tutulmayan, protokolla razılaşdırılmayan görüşlərin baş tutması da istisna deyil. Bu fonda MDB tədbiri çərçivəsində Rusiyanın Bakı ilə İrəvan arasında münasibətlər məsələsində əsas rol oynadığını nəzərə alsaq, ehtimal ki, Azərbaycan və Ermənistan liderlərinin görüşü də baş tuta bilər.

Qarabağda yaşananlar, habelə Bakı ilə İrəvan arasında Moskva bəyanatının şərtlərindən irəli gələn razılıqların müzakirəsi baş tuta bilər.

Ermənistan həmin razılaşmadan irəli gələn şərtlərin bəzilərini hələ də yerinə yetirmir. Güman edirəm ki, MDB dövlət başçılarının ilin sonuna nəzərdə tutulan sonuncu görüşü belə müzakirələrin baş tutması üçün siyasi və geosiyasi anlamda əlverişli imkan kimi dəyərləndirilə bilər. Amma sözügedən görüş baş tutsa da belə, onun gedişində ölkəmizi məmnun edə biləcək ciddi razılıqların əldə olunacağını hələlik istisna edirəm”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO