Dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın gəlini pianoçu Suada Hacızadə uzun müddətdən sonra həyat yoldaşı Kristoferə qovuşub.
Bizim.Media xəbər verir ki, ABŞ-a viza alan musiqiçi okeanın o tayına yollandığı anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Hava limanında Suadanı əri Kristofer qarşılayıb. Kadrlarda Hacızadə böyük ölçülü çamadanlarla həyat yoldaşının yanına tələsib.
“Canlı kamera ilə okeanı yalnız bir saat görmək ürpərdici və eyni zamanda valehedici idi. Qrip mövsümündən sonra koronavirus dövrü kimi ola bilər. Kristofer, çox xoşbəxtəm”, - deyə Suada Hacızadə bildirib.
Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub.
Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub. Suada viza ala bilmədiyi üçün həyat yoldaşından ayrı qaldığını, ABŞ-a gedə bilmədiyini bildirib. Onlar ailə qurduqdan sonra Avropanın bir sıra ölkələrində görüşüblər.
Rəşad Əliyev, Bizim.Media