Vasif Talıbovun istefasına Fazil Mustafadan REAKSİYA – “Naxçıvanda yenilənmə baş verəcək”

Vasif Talıbovun istefasına Fazil Mustafadan REAKSİYA – “Naxçıvanda yenilənmə baş verəcək”

Hazırda oxunan: Vasif Talıbovun istefasına Fazil Mustafadan REAKSİYA – “Naxçıvanda yenilənmə baş verəcək”

110840

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov bu gün istefa verdiyini açıqlayıb. Vasif Talıbovun səlahiyyətlərini Ali Məclis sədrinin birinci müavini Azər Zeynalovun icra edəcəyi bildirilir. Vasif Talıbov 1995-ci ilin dekabrından etibarən bu vəzifəni icra edirdi.

Əslən Naxçıvandan olan millət vəkili Fazil Mustafa Bizim.Media-ya Vasif Talıbovun istefa məsələsinə münasibət bildirib. Deputatın sözlərinə görə artıq qərar qəbul olunub və bundan sonrakı proses dövlət orqanlarının hansı istiqamətdə Naxçıvanda struktur dəyişikliyi edəcəyi ilə bağlıdır:
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Vasif Talıbov istefa verdi


“Çünki orada aparılan əməliyyatlarla bağlı bizim geniş bilgimiz yoxdur və rəsmi açıqlamalar da verilməyib. Hər halda yeniləşmə baş verəcək”, - deyə Fazil Mustafa qeyd edib.

Xatırladaq ki, Muxtar Respublikanın idarəetmə sturkturlarında ciddi korrupsiya halları aşkar olunmağa başlayıb. Belə ki, xüsusi xidmət orqanları tərəfindən Naxçıvanda bir neçə əməliyyat keçirilib. Əməliyyatlar nəticəsində Naxçıvanda üç rəsmi şəxs – maliyyə naziri Rafael Əliyev, Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov və Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib.

Onlar “xüsusilə külli miqdar”da dövlət vəsaitinin mənimsənilməsində ittiham edilirlər.

Mənimsənildiyi ehtimal olunan vəsaitin məbləği isə, ümumilikdə, yarım milyard manata yaxındır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO