Füzulidə ağır QƏZA – İki nəfər faciəli şəkildə ölüb – ÖZƏL/VİDEO

Füzulidə ağır QƏZA – İki nəfər faciəli şəkildə ölüb – ÖZƏL/VİDEO

Hazırda oxunan: Füzulidə ağır QƏZA – İki nəfər faciəli şəkildə ölüb – ÖZƏL/VİDEO

110810

Bu gün səhər Füzuli rayonu, Fin şəhərciyi yaxınlığında ağır yol qəzası baş verib.

Bizim.Media-nın məlumatına görə, 1984-cü il təvəllüdlü Araz Fazil oğlu Nəzərovun idarə etdiyi “Mercedes” markalı avtomobili aşıb. 

Qəza nəticəsində sürücü və sərnişini - 1989-cu il təvəllüdlü İlkin İmdadlı hadisə yerində həyatlarını itiriblər.

Qəzaya səbəb olaraq pis hava şəraitinin olduğu bildirilir.

A.Nəzərov Azərbaycan ordusunun mayoru, İlkin İmdadlı isə baş leytenantdır. 

İ.İmdatlı Beyləqan, A.Nazarov isə Goranboy rayonundandır.

Qeyd edək ki, hər iki zabit Vətən Müharibəsində iştirak ediblər və bir sıra medallarla təltif olunublar.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO