Mühasirədə qalan 20 yaşlı QƏHRƏMAN DANIŞIR – “Palçıqlı su içirdik” - FOTO

Mühasirədə qalan 20 yaşlı QƏHRƏMAN DANIŞIR – “Palçıqlı su içirdik” - FOTO

Hazırda oxunan: Mühasirədə qalan 20 yaşlı QƏHRƏMAN DANIŞIR – “Palçıqlı su içirdik” - FOTO

11070

Yəqin ki, anamın hansısa duası mənim mühasirədən sağ çıxmağıma kömək oldu.

Bu sözləri Bizim.Media-ya 20 yaşlı qazimiz Mustafayev Orxan Vidadi oğlu, müharibə təəssüratlarından danışarkən söyləyib.

Hərbi xidmətdən gəldiyim 5 ay olardı. Çox çəkmədi ki, sentyabr ayının 21-də biz təlimlərə yola düşdük. Sentyabr ayının 27-də isə döyüşə başladıq. Füzuli, Cəbrayıl, Laçın, Hadrut istiqamətlərində və Şuşa ətrafında gedən döyüşlərdə olmuşam. Cəbrayılda təpədə bizi erməni tankları mühasirəyə aldı. Tutduğumuz mövqedə sol tərəfimiz boş idi.

8  tank, 4 ədəd də zirehli texnika ətrafımızda dörd dolanırdı. Sürünə-sürünə olduğumuz təpəni aşağı endik, gedib akopa girdik.

 

Sağ çıxmaq imkanımız sıfır faiz idi. Təpədən aşağı düşdük ki, plan quraq. Lakin düşmən bizə imkan vermirdi. Snaper atəşlərinin ardı-arası kəsilmirdi. 4 gün biz  akoptda mühasirədə qaldıq. Yemək demək olar ki, yoxumuz idi. Suyu palçıqlı çuxurdan içirdik. Səhərisi gün atışma  səsi gəldi. Bizimkilərlə ermənilər döyüşdülər və əsgərlərimiz bizi akoptdan gəlib çıxartdı.


Möcüzə nəticəsində biz sağ qaldıq. Mən evin tək övladıyam. Bunun üçün hərbidən bu yaxınlarda təxris olunmuşam.

Müharibə zamanı 7 gün ailəmin məndən xəbəri olmayıb. Yəqin ki, anamın gecə-gündüz etdiyi duaları mənim oradan sağ çıxmağıma kömək oldu”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO