Baş-ayaq STATİSTİKA: Taksi istifadəçiləri azalıb, avtobus sərnişinlərinin sayı isə kəskin artıb?

Baş-ayaq STATİSTİKA: Taksi istifadəçiləri azalıb, avtobus sərnişinlərinin sayı isə kəskin artıb?

Hazırda oxunan: Baş-ayaq STATİSTİKA: Taksi istifadəçiləri azalıb, avtobus sərnişinlərinin sayı isə kəskin artıb?

110681

İlin əvvəlindən bu günə qədər avtobus istifadəçilərinin sayı kəskin artıb. Dövlət Statistika Komitəsinin məlumatında isə taksidən istifadə edənlərin sayında kəskin azalmaların olduğu vurğulanıb.

Qeyd olunub ki, yanvar-noyabr aylarında Azərbaycanda avtobuslarla 1 196 123,3 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 29,2 faiz çoxdur.
Hesabat dövründə minik taksilərindən 76 029 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 5,5 faiz azdır.

Statistik göstəricilərin bu cür dəyişməsinin səbəbi nədir? 

Bizim.Media-ya danışan nəqliyyat eksperti Aslan Əsədov avtobus istifadəçilərinin sayının artmasını bu gün fərdi nəqliyyat vasitələrinin idarə edilməsinin çətinliyi və mürəkkəbliyi ilə əlaqələndirib: 

“Şəhər daxilində tıxaclar çoxalıb. Bu, insanların avtomobil sahibi olmağa marağını azaldıb. İndi bir ailədə bir avtomobilə üstünlük verilir. Ən yaxşı halda uzuc taksi xidmətlərindən istifadə edilir. Buna görə avtobus istifadəçilərinin sayında artım müşahidə edilir”. 

Yol hərəkəti təhlükəsizliyi mütəxəssisi Arzu Babayevə isə statistika ilə razılaşmadığını bildirib: 

“Mən ictimai nəqliyyatdan istifadənin artmasını real hesab etmirəm. Günün səhər və axşam pik saatlarında şəhərdə istər manatlıq, istərsə də şirkət taksilərinin əlindən metrostansiyaların yanından keçə bilmirsən. 4-5 zolaqlı yollarda belə hərəkət etmək olmur. İctimai nəqliyyatın inkişafına ehtiyac var.
Hazırda avtobus istifadəçilərinin sayı artmış olsa belə bu, o demək deyil ki, avtobusların sayı artıb, insanların hərəkəti rahatlaşıb. Əksinə, sıxlıq çoxalıb, insanlar ictimai nəqliyyatda əziyyət çəkirlər”, - deyə mütəxəssis qeyd edib. 

Aləmdə Nəsib, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO