Azərbaycanda ən çox qohumla evlənənlər hansı bölgədə yaşayır? - FƏSADLARI

Azərbaycanda ən çox qohumla evlənənlər hansı bölgədə yaşayır? - FƏSADLARI

Hazırda oxunan: Azərbaycanda ən çox qohumla evlənənlər hansı bölgədə yaşayır? - FƏSADLARI

110679

Azərbaycanda hər 12 nəfərdən 1-i talassemiya xəstəsidir. 

Bizim.Media xəbər verir ki, bu Azərbaycan Hemotoloqlar və Transfizioloqlar Cəmiyyətinin gəldiyi qənaətdir.

Bu xəstəliyin daşıyıcıları arasında evlənmə ehtimalı da çox yüksəkdir. Onların isə dünyaya xəstə uşaq gətirmə ehtimalı 25 faizdir. Uşaqların ana bətnində ölməsi, hamiləliyin erkən bitməsi, ölü doğulma, ürək qüsuru, uşaqların aşağı çəki ilə dünyaya gəlməsi faktlarına ən çox qohum nikahlarda rast gəlinir.

Bəs dünyada vəziyyət necədir?

Qərb ölkələrində qohum evliliklərə az rast gəlinir. Məsələn, İngiltərədə əhalinin 0.5 faizi, Hollandiyada 0.3 faizi öz qohumuyla evlənir. Dünyanın ən xoşbəxt millətlərindən biri sayılan isveçlərdə isə bu rəqəm 0.9 faizdir.
Rəqəmlərin xeyli yüksək olduğu ölkələr də var. Almaniyada yəhudilərin 35.8 faizi, Küveytdə 54.3 faizi öz qohumuyla evlənir. Yəni təxminə əhalinin yarıdan çoxu. 

ABŞ-ın 24 ştatında isə ən yaxın qohumların evliliyi rəsmi şəkildə qadağan edilib. Əmi, dayı, xala, bibi uşaqlarıyla, yəni 1-ci dərəcəli qohumlarla ailə qurmaq qadağandır. 6 ştatda evlənmək istəyən qohumların qarşısına bəzi şərtlər qoyulub. Məsələn, Arizondakı qaydalara görə, yaşın 65-i keçibsə və ikinizdən biriniz sonsuzsunuzsa, onda evlənə bilərsiniz.

Ona görə də amerikalılar əvvəldən heç bir beşiyin başında bizdəki kimi "göbəkkəsdi" etmirlər.

Katoliklər 4-cü nəslə qədər qohumların nikahlarını kəsmirlər. Onlara görə, dördüncü nəsilə qədər evlilik insest, yəni, ailə üzvlərindən sayılır. Pravoslavlarda və protestantlarda da bu qaydalar mövcuddur. 

Lakin Asiya və İslam ölkələrində qohumlar arası evliliklərə daha çox rast gəlinir. Şərq ölkələri sıralamasında Türkiyə bütün ölkələri geridə qoyub.

Türkiyənin müxtəlif bölgələrində aparılan sorğuya görə, ümumilikdə hər 100 evlilikdən 15-i qohumlar arasında olur. Təkcə Türkiyənin Trakya bölgəsində qohumlar arası evliliyə müsbət rəy vermirlər. Onlar yeddinci nəsildən sonra bir-biri ilə evlənirlər. Çünki yeddinci nəsildən sonra insanlar yad sayılırlar.

Türkiyədə aparılan sorğuda qohum evlilərə "indi belə bir evliliyə razı olardınızmı?" sualı verilib.

Əksəriyyət çox peşiman olduğunu, "bu günkü ağlımızla heç vaxt evlənməyə razı olmazdıq" deyiblər.

Ən çox qohumla evlənənlər hansı bölgədə yaşayır?

Respublikamızda isə qeydə alınan nikahların 56 faizi qohumlar arasındadır. Qohumlar arasında nikahlar daha çox Şəki, Masallı və Bakıda yayılıb. BMT-nin Əhali Fondu Reproduktiv Sağlamlıq üzrə Milli Ofisinin məlumatına görə, həmin bölgələrdə irsi xəstəliklərin yayılma tempi 15 faiz təşkil edir. Bunlar arasnıda ən çox yayılanı talassemiyadır.

Müəyyən olunub ki, Azərbaycanda 10-dan çox irsi xəstəlik mövcuddur. Bu xəstəliklərlə doğulan uşaqların sayı isə ilbəil artır.

Qohumla evlilik təkcə genetik və irsi xəstəliklərə yol açmır, həm də yeni nəslin cırlaşmasına səbəb olur. Məsələn, dünyanın ən uzunboylu insanlarının yaşadığı Niderlandda cəmi 0.36 faiz, İsveçdə isə 0.90 faiz sakin qohumla nigaha girir.

Bəs, yaxın qohumla nigaha girmək daha hansı fəsadlar törədir?

Tanınmış pediatr Vaqif Qarayev Bizim.Media-ya açıqlamsında qohum evliliyinin təbabətdə normal qəbul edilmədiyini söylədi:

“Əmioğlu-əmiqızı, xalaoğlu-xalaqızı və bu kimi yaxın qohumların evliliyindən doğulan uşaqlarda irsi, genetik xəstəliklər olması hər zaman gözləniləndir.Ən pisi də odur ki, əgər qohumlardan birində hansısa xəstəlik varsa onun doğulacaq uşağa keçməsi risqi çox böyükdür. Ümumiyyətlə, praktika göstərir ki, yaxın qohumların evliliyindən doğulan uşaqların böyük hissəsi hansısa xəstəlikdən əziyyət çəkir. Ailə var ki, bir yox, bütün uşaqları genetik xəstəliklə doğulur.Qısası, təbabət 2 daşıyıcının evlənməsini məsləhət görmür. 2 daşıyıcıdan doğulan uşağın talassemiyyaya xəstəsi olması qaçılmazdır”.

Vaqif Qarayev qohum evliyini mental dəyərlərdən qaynaqlandığını bildirdi:

“Ona görə də bu ənənədən imtina indiki halda heç də ral görünmür. Amma yaxşı olar ki, təkcə qohumlar deyil, bütün yeni evlənənlər nigahdan qabaq müayinədən keçsinlər. Bu çox vacibdir. Bu həmin cütlüyü ən azı gələcək xoş olmayan sürprizlərdən qoruyur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO