Ötən gün Bakıda şadlıq evində toy məclisi keçirənlər saxlanılıb.
Yasamal rayonunda yerləşən "Atlantis" restoranının "Euphoria" musiqi zalında xüsusi karantin rejiminin qaydaları pozularaq toy məclisi təşkil olunub.
MÖVZU İLƏ BAĞLI:
Karantini pozanlar yüksək məbləğdə cərimələnəcək - 11 min manatadək
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı gizli şəkildə toy məclisi təşkil edənlərin qarşısı alınıb.
Məclisdə iştirak edən 70-ə yaxın şəxs barəsində qanunvericiliyə uyğun olaraq, tədbirlər görülüb.
Bizim.Media