DYP-dən əlverişsiz hava ilə bağlı MÜRACİƏT

DYP-dən əlverişsiz hava ilə bağlı MÜRACİƏT

Hazırda oxunan: DYP-dən əlverişsiz hava ilə bağlı MÜRACİƏT

110585

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi avtomobil yollarındakı mövcud vəziyyətlə bağlı hərəkət iştirakçılarına müraciət edib.

İdarədən Bizim.Media-ya verilən məlumata görə, müraciətdə deyilir:

“Xəbər verdiyimiz kimi respublika ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə bağlı hazırda ölkənin avtomobil yollarında, o cümlədən Muğanlı-İsmayıllı yolunun 40-ci kilometrliyində, Qaraməryəm-İsmayıllı-Şəki yolunun 28-62, 78-94 və 93-152-ci kilometrliklərində dumanlı və yağışlı, həmçinin Yevlax-Zaqatala-Gürcüstan yolunun 13-157- ci və Şəki-Qax yolunun 3-30-cu kilometrliklərində dumanlı hava müşahidə edilir.
Yolda məhdudiyyətli görünmə nişanların, nişanlama xətlərinin, ümumiyyətlə, nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı üçün sürücülər belə havalarda daha da diqqətli olmalı, sürət həddini hava şəraitinə uyğun seçməli, nəqliyyat vasitəsinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmalı, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməli, xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidir.

Eyni zamanda piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamalı, belə havalarda yola çıxarkən daha məsuliyyətli olmalıdırlar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO