Gecə saatlarından başlayaraq şimal bölgəsində də hava dəyişib.
Quba və Qusar rayonlarında qar yağmağa başlayıb. Qar hələlik dağ kəndlərinə 2-3 sm yağsa da, bu gecə və səhər şaxtalı hava müşahidə edilib.
Quba ərazi hidrometeorologiya müəssisəsindən Bizim.Media-nın əldə etdiyi məlumata görə, Qrız kəndində -7,5 dərəcə şaxta qeydə alınıb.
Qusarın Ləzə kənd sakinlərinin verdiyi məlumata görə, hazırda kənddə və "Şahdağ" Turizm Mərkəzində 8 dərəcə şaxta qeydə alınıb.
Hazırda həmin bölgədə və digər istiqamətlərdə qar yağması davam edir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:49 / 20.12.2022
Şahdağ və Ləzədə 8 dərəcə şaxta - VİDEO
Hazırda oxunan: Şahdağ və Ləzədə 8 dərəcə şaxta - VİDEO
Hazırda oxunan: Şahdağ və Ləzədə 8 dərəcə şaxta - VİDEO
110536
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.