Azərbaycan kubokunun 1/4 finalında sensasiyalar

Azərbaycan kubokunun 1/4 finalında sensasiyalar

Hazırda oxunan: Azərbaycan kubokunun 1/4 finalında sensasiyalar

110505

Xəbər verdiyimiz kimi bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab matçlarına start verilib. 

Bizim.Media xəbər verir ki, ilk oyun günündə "Sabah" "Səbail"lə doğma meydanda üz-üzə gəlib.  

"Bank Respublika Arena"dakı görüşdə "Səbail" 1:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb və tarixində ilk dəfə yarımfinala yüksəlib. 

Digər matçda isə Qəbələ" evdə "Qarabağ"ı qəbul edib və 1:0 hesabı ilə qalıb gələrək növbəti mərhələyə adlayıb. 

Yarımfinalda "Qəbələ" və "Səbail" üz-üzə gələcək. 

Qeyd edək ki, 1/4 finalın digər iki oyunu dekabrın 20-də olacaq. "Turan Tovuz" "Kəpəz"i,

"Neftçi" isə "Zirə"ni qəbul edəcək. 

"Sabah" - "Səbail" - 0:1 

Qol: Qoba Zakpa, 73 

Hakimlər: Elçin Məsiyev, Zeynal Zeynalov, Pərvin Talıbov, Rəşad Əhmədov 

İlk oyun - 2:3 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO