Benzema millidəki karyerasını BAŞA VURDU 

Benzema millidəki karyerasını BAŞA VURDU 

Hazırda oxunan: Benzema millidəki karyerasını BAŞA VURDU 

110478

"Real"ın hücumçusu Kərim Benzema Fransa millisindəki karyerasını başa vurub. 

Bizim.Media xəbər verir ki, bu barədə 35 yaşlı oyunçu özünün sosial şəbəkə hesabında yazıb: 

“Bugünkü şəxs olmaq üçün əlimdən gələni etdim və səhvlərim də oldu. Mən bununla fəxr edirəm! Hekayəmi yazdım və ortaq hekayəmiz artıq sona çatır". 

Xatırladaq ki, Benzema DÇ-2022-nin ərəfəsində zədələnib və turnirdə iştirak edə bilməyib. Fransa yığması isə finalda Argentinaya uduzub. (3:3, penaltilər seriyası - 2:4) 

Qeyd edək ki, Benzema 2007-ci ildən Fransa millisində çıxış edirdi. 2015-ci ildə hücumçu komanda yoldaşı Matye Valbuenanın şantaj qalmaqalına görə millinin oyunlarından uzaqlaşdırılıb. Ötən ilin mayında Benzema yenidən Fransa millisinə dəvət alıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO