Azərbaycanın qara metal ixracından gəlirləri neçə faiz artıb?

Azərbaycanın qara metal ixracından gəlirləri neçə faiz artıb?

Hazırda oxunan: Azərbaycanın qara metal ixracından gəlirləri neçə faiz artıb?

110408

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 130 314,59 min ABŞ dolları dəyərində 141 599,78 ton qara metallar və onlardan hazırlanan məmulatları ixrac edib.

Bizim.Media Dövlət Gömrük Komitəsinin apardığı hesablamalara istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə 22,3%, həcmi isə 2,88% artıb.

Məlumata görə, hesabat dövründə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 4,85% təşkil edib.
Xatırladaq ki, ötən il Azərbaycan 116 236,29 min ABŞ dolları dəyərində 147 712,14 ton qara metallar və onlardan hazırlanan məmulatları ixrac edib.

Ötən il Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2020-ci ilin göstəricisi ilə müqayisədə 80,2%, həcmi isə 2,2 dəfə artıb. 2021-ci ildə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 4,28% təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO