Ucarda 16 yaşlı qız ərə verildi

Ucarda 16 yaşlı qız ərə verildi

Hazırda oxunan: Ucarda 16 yaşlı qız ərə verildi

110386

Ucar rayonunda yetkinlik yaşına çatmayan qızın toy mərasimi olub.

Bizim.Media xəbər verir ki, toy şənliyi dekabrın 17-də rayonun Qaracallı kəndində təşkil edilib.

Belə ki, kənd sakini 16 yaşlı qız (yetkinlik yaşına çatmadığı üçün adı göstərilmir) həmkəndlisi Qəribxan Lətifova ərə verilib.

Məlumata görə, bir həftə əvvəl cütlüyün qız toyu olubmuş.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov  bildirib ki, toy məclisi ilə bağlı artıq Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. 
 

Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Aqil Əsədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO