Azərbaycan sərhədini pozan Gürcüstan vətəndaşları çobanı bıçaqladılar

Azərbaycan sərhədini pozan Gürcüstan vətəndaşları çobanı bıçaqladılar

Hazırda oxunan: Azərbaycan sərhədini pozan Gürcüstan vətəndaşları çobanı bıçaqladılar

110324

Azərbaycan sərhədini oğurluq məqsədi ilə pozan Gürcüstan vətəndaşları çobanı bıçaqlayıblar.

Bizim.Media xəbər verir ki, hadisə Çeyrançöl adlanan ərazidə, Gürcüstan-Azərbaycan sərhədində qeydə alınıb.

Həmin ərazidə çobanlıqla məşğul olan 1969-cu il təvəllüdlü İsmayılov Alı İsmayıl oğlu bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisəni törədən şəxslərin Gürcüstan vətəndaşları olduğu bildirilir. Belə ki, onlar sərhədi qanunsuz keçərək mal-qara oğurlamaq məqsədi ilə Çeyrançöl ərazisinə gəliblər. Report.az-ın məlumatına görə, faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO