Putin:

Putin:"Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi sonsuzadək davam edə bilməz"

Hazırda oxunan: Putin:"Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi sonsuzadək davam edə bilməz"

1103

Bizim.Media xəbər verir ki, Vladimir Putin bu gün “Valday” beynəlxalq diskussiya klubunda onlayn çıxış edib. Çıxışı zamanı Rusiya prezidenti "Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz" deyə qeyd edib.

Putin Qarabağla bağlı razılaşmanın əldə olunmasını çox istədiyini qeyd edib. Bu işdə ABŞ-ın da roluna ümid bəslədiyini deyib: "Azərbaycan və Ermənistan xarici işlər nazirləri növbəti dəfə bizə gəldilər. Ayın 23-də onlar Vaşinqtonda görüşəcəklər. Mən ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə birlikdə nizamlanmaya kömək edəcəklər".

"Bizim nəinki Ermənistanla, həm də Azərbaycanla daim xüsusi əlaqələrimiz olub”, deyən RF prezidenti Rusiyada 2 milyondan çox erməni və 2 milyona yaxın azərbaycanlının yaşadığını qeyd edib. O bildirib: “ Bu insanlar yalnız müvəqqəti mənfəətə gələnlər deyil, burada demək olar ki, daim yaşayan insanlardır. Onlar Rusiyada işləyərək milyardlarla dollarlıq vəsaiti ailələrini dəstəkləməyə yönəldirlər. Bütün bu insanların humanitar səviyyədə Rusiya ilə çox möhkəm və yaxın əlaqələr bağlayır – şəxslərarası, işgüzar, humanitar, ailəvi. Ona görə də bizim üçün həm Ermənistan, həm də Azərbaycan bərabər tərəfdaşdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO