Lionel Messi qolların sayına görə Peleyə çatdı

Lionel Messi qolların sayına görə Peleyə çatdı

Hazırda oxunan: Lionel Messi qolların sayına görə Peleyə çatdı

110299

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarındakı qolların sayına görə Braziliya yığmasının əfsanəvi hücumçusu Peleyə çatıb.

Bizim.Media xəbər verir ki, Qətərdəki mundialda Fransaya qarşı keçirdikləri final matçında penaltini dəqiq yerinə yetirən 35 yaşlı forvard ümumilikdə 12-ci dəfə fərqlənib.

Ulduz futbolçu dünya çempionatlarında meydanda olduğu dəqiqələrin sayına görə isə İtaliya millisinin sabiq müdafiəçisi Paolo Maldinini (2 216 dəqiqə) geridə qoyub. Matçın startınadək Messidə bu göstərici 2 194 dəqiqə olub. O, Fransa ilə görüşün 23-cü dəqiqəsində Maldininin rekordunu yeniləyərək, vahid liderə çevrilib.
Qeyd edək ki, hazırda ilk hissəsi davam edən Argentina - Fransa matçında "tanqoçular" öndədir - 2:0.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO