Salyanda iki yeniyetmə velosipedçinin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Bizim.Media-nın cənub bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistral yolunun Qardili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, kənd sakinləri 15 yaşlı Abbasov Əfqan Ramil oğlu və onun əmisi oğlu, 12 yaşlı Abbasov Murad Samir oğlu velosipedlə gedərkən onları Salyan rayonu, Şəkərli kənd sakini, Mirzəyev Cəbrayıl Elşad oğlunun idarə etdiyi avtomobil vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son anda alınan məlumata görə, komada olan Əfqan Abbasov dünyasını dəyişib.
Elşən Feyzullayev, Bizim.Media