Oğuzda qohumlar arasında dava düşdü - 2 nəfər xəstəxanalıq oldu

Oğuzda qohumlar arasında dava düşdü - 2 nəfər xəstəxanalıq oldu

Hazırda oxunan: Oğuzda qohumlar arasında dava düşdü - 2 nəfər xəstəxanalıq oldu

110231

Oğuzun Yenikənd kəndində keçirilən məclislərin birində iki qohum arasında baş verən mübahisə sonradan davaya çevrilib. Nəticədə iki nəfər xəstəxanaya müraciət edib. 

Bizim.Media-nın yerli bürosu bildirir ki, faktı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan təsdiqləyiblər. 

Bildirib ki, Yenikənd sakinləri 36 yaşlı Eldar Möylanov və 35 yaşlı Sərvan Allahverdiyev arasında yaranmış mübahisə nəticəsində bədənin müxtəlif nahiyələrinin küt travması xəsarətləri ilə Oğuz rayon mərkəzi xəstəxanasına müraciət ediblər.

İlkin müayinələrdən sonra kəllə-beyn travması alan Eldar Möylanov müayinə olunmaq üçün Qəbələ rayon mərkəzi xəstəxanasına göndərilib. Digər pasiyent Sərvan Allahverdiyevin xəsarəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra evə buraxılıb.
DİN-in regional qrupundan o da bildirilib ki, hazırda qohumluq əlaqəsi olan şəxslərin bir-birinə xəsarət yetirməsi faktı ilə bağlı Oğuz rayon polis şöbəsində təhqiqat araşdırmaları başlanıb.

Təhqiqat başa çatandan sonra hadisənin təm təfərrüatları məlum olacaq. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO