Boks üzrə Azərbaycan birinciliyinə start verildi

Boks üzrə Azərbaycan birinciliyinə start verildi

Hazırda oxunan: Boks üzrə Azərbaycan birinciliyinə start verildi

110104

Gənc boksçular arasında Azərbaycan birinciliyinə start verilib. 

Azərbaycan Boks Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, 58 komandanın 215 oğlan idmançısının qatıldığı yarışın ilk günündə 31 döyüş baş tutub. 

51, 54, 57 və 60 kq çəki dərəcələrində 1/16 final mərhələsinin qarşılaşmaları olub və növbəti mərhələyə vəsiqə qazanan boksçuların adlarına aydınlıq gəlib. Yığma üzvlərindən yeniyetmələrdən gənclər komandasına keçən Avropa birinciliyinin mükafatçısı Məhəmmədəli Qasımzadə inamlı qələbə qazanıb. 

Qeyd edək ki, ölkə birinciliyinə dekabrın 22-də yekun vurulacaq. Boks Mərkəzində keçirilən yarışın ikinci gününün döyüşləri saat 13:00-da başlayacaq. 

Azərbaycan birinciliyi 

1/16 final mərhələsi 

51 kq 

Məhəmməd Şəfiyev (DGK İK) – Həsən Nəsibli (Zaqatala) – birinci döyüşə gəlməyib 

Elvin Zeynalov (“Qara papaq” İK) – Səyad Zeynalzadə (UGM-7) – birinci tam üstünlüklə qalib gəlib 

Hüseyn Seyfullayev (Lənkəran) – Natiq Əliyev (Tovuz) – ikinci döyüşə gəlməyib 

Məhəmməd Məmmədov (Goranboy) – Emil Paşayev (Olp-18) – ikinci döyüşə gəlməyib 

Ələkbər Zamanlı (“Neftçi” İK) – Nicat Hidayətli (“Qızıl əlcək” İK) – 5:0 

Səid Mirzəyev (Cəlilabad) – Ənəs Ağayev (“Təhsil” RİM) – birinci döyüşə gəlməyib 

54 kq 

Tağı Nəsibov (“Sərhədçi” İK) – Hüseyn İmanov (“Qara papaq” İK) – 5:0 

Ömər Aslanlı (Sumqayıt) – Kamil Həsənov (“Təhsil” Sumqayıt) – birinci qalib gəlib 

Fərid Hüseynov (Laçın) – Elmar Musayev (“Neftçi” İK) – 3:2 

Tofiq Quliyev (“Məhsul” İC) – Rüstəm Xəlilov (“Marafon” İK) – 3:2 

Nicat Rəhmanov (Şabran) – İslam Məmmədli (Z-1 İK) – 0:5 

İbrahim Əliyev (UGM-7) – Elvin Quliyev (Ağsu) – 5:0 

Qismət İsmayılov (“Zenit” İC) – Cəlal Şahverdiyev (Astara) – 0:5 

Əli Məmmədov (Olp-18) – Murad Məmmədov (Biləsuvar) – ikinci qalib gəlib 

Aydın Kərimli (MOİK) – İbrahim Zeynalov (Gəncə) – ikinci tam üstünlüklə qalib gəlib 

57 kq 

Məhəmmədəli Qasımzadə (“Ağa” BK) – Nihat Süleymanov (FHN İK) – birinci tam üstünlüklə qalib gəlib 

Yusif Məmmədli (UGM-7) – Fərid İsmayılov (Şəmkir) – birinci döyüşə gəlməyib 

60 kq 

Nadir Məlikov (Sumqayıt) – Nurlan Paşayev (Mingəçevir) – 5:0 

Simral Mustafayev (Qazax) – Əli Nəcəfov (Siyəzən) – ikinci tam üstünlüklə qalib gəlib 

Murad Əkbərov (“Spartak” İK) – Eltac Əliyev (DGK İK) – ikinci tam üstünlüklə qalib gəlib 

Həzrət Kərimov (“Kür” İK) – Məhəmməd Cabbarlı (Göygöl) – 5:0 

Fəxri Səfərov (UGM-7) – Ansari Alisina (“Sərhədçi” İK) – birinci diskvalifikasiya olunub 
 
Kamil Hacıyev (Ağdaş) – Uğur Tağıyev (“Neftçi” İK) – ikinci tam üstünlüklə qalib gəlib 

Əli İsayev (“Neftçi” İK) – İsmayıl Ağaverdiyev (“Qara papaq” İK) – birinci tam üstünlüklə qalib gəlib 

Mirələm Məcidli (UGİM-1) – Riyad Məmmədov (“Qızıl əlcək” İK) – 4:1 

Səccət Nəsir (“Zabit” İK) – Ülvi Mirzəyev (FHN İK) – 0:5 

Məhəmməd Hüseynli (Cəlilabad) – Elgün Həsənov (Gəncə) – 0:5 

Elvin Şəbəddinov (Şabran) – Seyidalı Bayramov (UGM-13) – ikinci tam üstünlüklə qalib gəlib 

Fərid Məmmədov (888 BK) – Hüseyn Məmişov (“Səbail” İK) – 1:4 

Elmar Mərdanzadə (“Təhsil” Sumqayıt) – Məhəmməd Həbibli (MOİK) – ikinci tam üstünlüklə qalib gəlib 

Kişi Şükürov (METE İK) – Murad Seyidli (“Təhsil” İK) – ikinci tam üstünlüklə qalib gəlib

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO