Ancelina Coli BMT-dəki vəzifəsindən UZAQLAŞDI 

Ancelina Coli BMT-dəki vəzifəsindən UZAQLAŞDI 

Hazırda oxunan: Ancelina Coli BMT-dəki vəzifəsindən UZAQLAŞDI 

110066

Amerikanın məşhur kino ulduzu Ancelina Coli 21 ildən sonra BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) xüsusi nümayəndəsi vəzifəsindən istefa verib. 

Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının saytında məlumat verilib.

“Dünyada məcburi köçkünlərin hüquqlarını və müdafiəsini müdafiə edən BMT-nin Qaçqınlar Agentliyi ilə 20 ildən artıq müddətdir ki, fədakarcasına əməkdaşlıq edən Ancelina Coli QAK-ın xüsusi elçisi vəzifəsindən uzaqlaşır. O, bundan sonra daha geniş aspektdə olan humanitar və insan hüquqları məsələləri ilə məşğul  olacaq ”, - deyə məlumatda qeyd edilib.

Məşhur aktrisa açıqlamasında qaçqınlar üçün bundan sonra da bərabər hüquqlu və ədalətli beynəlxalq sistemin yaradılmasına töhfə vermək niyyətində olduğunu bildirib:

"Qarşıdakı illərdə mən qaçqınlara və digər məcburi köçkünlərə dəstək olmaq üçün əlimdən gələni etməyə davam edəcəyəm.

BMT sistemində 20 illik fəaliyyətimdən sonra inanıram ki, mənim üçün fərqli işləməyin, qaçqınlar və yerli təşkilatlarla birbaşa əlaqə qurmağın vaxtı çatıb. Bundan sonra da bu istiqamətdə təşkilatlara həll yolları tapmaqda  dəstəklərimi əsirgəməyəcəyəm”.
Qeyd edək ki, Hollivud Ulduzu Coli 2001-ci ildən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi vəzifəsini icra edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO